qazrusiya

“Rusiyada planlaşdırılan təmir və texniki xidmət işləri ilə əlaqədar olaraq, Ermənistana təbii qaz tədarükü müvəqqəti olaraq dayandırılacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qazprom Armenia” məlumat yayıb.

Bildirilib ki, ixracın 15-25 sentyabr tarixlərində dayandırılması planlaşdırılır.

“Bu müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində Ermənistanda istehlakçılara fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin ediləcək”, – məlumatda qeyd olunur. 

Qeyd edək ki, Ermənistan təbii qaz ehtiyacının çox hissəsinin Rusiyadan tədarük hesabına qarşılayır. Son zamanlarda Moskva və İrəvan arasında yaşanan gərginlik, o cümlədən Kreml rəsmilərinin Ermənistanla bağlı açıqlamaları fonunda bu xəbər diqqət çəkir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: