Çin Rusiya ilə Şimali Koreya arasında münasibətlərin dərinləşməsindən narazıdır.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Financial Times” qəzeti çıxış edib.
Qəzet buna sübut kimi Çin lideri Si Szinpinin Şimali Koreya liderinə məktubunda Pxenyanı “ənənəvi dost”, “qonşu ölkə” adlandırmamasını göstərib:
“Analitiklər hesab edirlər ki, Çini qonşularının hərbi yaxınlaşması narahat edir. Pekində bunu dramatik addım kimi qiymətləndirirlər”.
Əliyar Xəlil
Globalinfo.az