Rusiyanın zəifləməsindən sonra Avrasiyada yaranacaq hakimiyyət vakumunu Çin və Türkiyə doldurmağa çalışacaq.
Globalinfo.az xəbər verir ki, bu məlumat ABŞ-ın Hadson İnstitutunun “Sovet İttifaqının dağılmasına hazırlıq” adlı məqaləsində yer alıb.
Məqalədə Pekin və Ankara arasında Mərkəzi Asiya və Qafqaz uğrunda rəqabətin böyüyəcəyi bildirilib. Rəqabətin Uzaq Şərqə qədər yayılma ehtimalı olduğu da vurğulanıb.
Beyin mərkəzi ABŞ-ın postsovet məkanının ərazi bütövlüyü prinsipini əsas götürməli olduğunu yazıb. Belə ki, proqnoza əsasən, Rusiyanın çöküşü təkcə ayrı-ayrı regionlarda müstəqillik çağırışlarını artırmayacaq, həm də Moskvaya bağlı olan Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Krım kimi regionların azadlığı nəticələnəcək.