Rusiya çox şey tələb edir – Vens

250507 vance ch 1200 ac464a

“Ukrayna cəbhədə uduzur, Rusiya qalib gəlir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində deyib.

O, Ukraynada döyüşlərin gedişatının Kiyev üçün əlverişsiz olduğunu bildirib.

“Rusiyanın danışıqlarda çox şey tələb edəcəyini bilirdik. Çünki ruslar müharibənin gedişini yerində – cəbhədə – öz xeyirlərinə görürlər. Ukraynalılar isə atəşkəsə can atırlar. Son aylar onlar üçün vəziyyət heç də yaxşı deyil”, – deyə o bildirib.

ABŞ administrasiyası münaqişənin danışıqlar yolu ilə həllinə ümid etsə də, hazırkı gedişatın Rusiyanın mövqelərini gücləndirdiyini gizlətmir.
Kreml nümayəndəsi Dmitri Peskov isə Vensin fikirlərinə cavab olaraq deyib: “Biz yalnız milli maraqlarımızın nəzərə alınmasını istəyirik. Münaqişənin əsas səbəbləri aradan qaldırılmalıdır. Çünki bu, birbaşa olaraq bizim təhlükəsizliyimiz və maraqlarımızla bağlıdır”.

Aysel Əliyeva
Globalinfo.az