“Rusiya Cənubi Qafqazı tərk etmir, əksinə öz mövcudluğunu yenidən formalaşdırır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
“Rusiya Azərbaycanla münasibətlərini yaxşılaşdıraraq, onu tərəfdaşlıq səviyyəsinə çatdırıb. Rusiya Gürcüstanla nizamlama prosesinə gedir. Məncə Moskva hər şeyi edir ki, Gürcüstandakı indiki hökumət seçkidə qalib gəlsin. Bu fonda Rusiyanın Cənubi Qafqazı tərk edəcəyini demək əsassızdır. Rusiya əmindir ki, bu konfiqurasiyanı gücləndirəcəyi halda Ermənistan təcrid olunacaq. Üstəlik, İranın xarici siyasət prioritetləri də bəllidir. Ona görə də Moskva hesablayır ki, bu fonda Ermənistan heç bir yerə yoxa çıxmayacaq”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az