“Rusiya bu məsələdə İrandan asılıdır” – Kovalenko

Rusiyaya uçan İran Hərbi Hava Qüvvələrinin İl-76TD təyyarəsi çox güman ki, “Şahid-136” PUA-sının yeni partiyasını daşıyıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

Ekspert iyunun birinci yarısında Rusiyanın dronlardan istifadə intensivliyinin may ayının dinamikası ilə müqayisədə azaldığına diqqət çəkib:

“Müvafiq olaraq may ayında 149, iyun ayında isə 119 kamikadze PUA istifadə olunub. Bu, daşınma Moskvanın kamikadze pilotsuz uçan aparatların tədarükü üçün Tehrandan tam asılılığını davam etdirdiyini göstərir”.