Rusiya Böyük Britaniyanın dövlət qurumlarına sanksiya tətbiq etdi

Rusiya Böyük Britaniyanın bir sıra dövlət qurumlarının və İT sektorunun 22 nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Britaniya hakimiyyəti Rusiyaya qarşı məhdudiyyətlərin tətbiqi də daxil olmaqla, aqressiv anti-Rusiya kursunu davam etdirir. Britaniya tərəfinin bu düşmənçilik hərəkətlərinə cavab olaraq, bir sıra dövlət qurumlarının, İT sektorunun və Böyük Britaniyanın hüquq xidmətləri bazarının nümayəndələrinin Rusiyanın “stop siyahısı”na daxil edilməsi barədə qərar qəbul edilib. Sanksiya siyahısının genişləndirilməsi üzrə işlər davam etdiriləcək”, – bəyanatda deyilir.

Sanksiyaya daxil olanların tam siyahısı Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadıb.

Globalinfo.az