reisiden israile tehdit siyonistler bu sucun bedelini odeyecek 1703530646 8506

İran prezidenti İbrahim Rəisi İsrailin Suriyaya hava hücumu nəticəsində həyatını itirən İran İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli üzvü Seyid Razi Musəvi ilə bağlı başsağlığı mesajında ​​İsraili hədələyib.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, İran prezidenti  təhdid mesajında çox sərt danışıb: “Dəməşqə hücum zamanı Seyid Razi Musəvinin həyatını itirməsinə görə İran xalqına başsağlığı verirəm. Bu hərəkət bölgədəki qəsbkar İsrailin acizliyinin növbəti göstəricisidir”, – Rəisi deyib.

İran prezidenti əlavə edib ki, sionistlər bu cinayətin əvəzini mütləq ödəyəcəklər.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: