“Rusiya Avropa ilə ikinci “Soyuq müharibə”yə girib, bunu “Buz müharibəsi” də adlandırmaq olar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Federasiya Şurasının senatoru Aleksey Puşkov deyib.
O, Rusiyanın Avropa ilə uzun münaqişə dövrünə qədəm qoyduğunu söyləyib:
“Bu, ikinci “Soyuq müharibə“dir, amma əvvəlkindən daha gərgindir. Mən bunu “Buz Müharibəsi” adlandırıram, çünki Qərblə hazırkı münasibətlərimiz birinci “Soyuq müharibə” dövründəkindən daha pisdir”.
Əliyar Xəlil
Globalinfo.az