Putin sad

Böyük Britaniyada Rusiya əleyhinə bir təşkilat yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Sözügedən təşkilatın “Russian Democratic Society UK” (RDS) adlandırıldığı bildirilib.

Qurumun məlumatına görə, RDS Rusiyada hakimiyyəti zorakı yolla dəyişmək istəyən şəxslərin çıxış etdiyi platformaya çevrilib.

Təşkilat Rusiya vətəndaşı Kseniya Maksimova tərəfindən Böyük Britaniyada yaradılıb.

FSB bildirir ki, RDS-də “Rusiyanın Antimüharibə Komitəsi”nin rəhbərləri və üzvləri də çıxış ediblər.

Rusiya bu təşkilatı terrorçu elan edib və fəaliyyətini qadağan edib.

Qurumun məlumatına görə, RDS-də Rusiyada ekstremist təşkilat kimi tanınan və fəaliyyəti qadağan edilən FBK-nın dəstəklənməsi ilə bağlı tədbirlər də keçirilib.

Həmçinin bildirilib ki, təşkilat vasitəsilə Rusiya Silahlı Qüvvələri barədə yalan məlumatlar yayılıb.

Böyük Britaniyada Rusiya rəsmilərinə qarşı müxtəlif aksiyalar da təşkil edilib.

FSB Kseniya Maksimovanı federal və beynəlxalq axtarışa verib. Onun barəsində terror təşkilatının fəaliyyətində iştirakla bağlı cinayət işi açılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: