araik

Qarabağdakı rus sülhməramlılarının qərargahının qarşısında etiraz Rusiya tərəfindən narazılıqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, artıq bununla bağlı Araik Arutyunyana ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, bundan öncə Rusiya sülhməramlılarının Xocalıdakı qərargahı qarşısında etiraz aksiyası keçirilib. Sonradan etiraz aksiyasının əsas təşkilatçısının məhz qondarma rejimin rəhbərliyinin olduğu müəyyən edilib.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: