Zelenskij

“Trampla əsas müzakirə mövzumuz sülhün təmin edilməsi oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Prezident Trampla az öncə görüşdüm və biz necə sülhə nail ola biləcəyimiz barədə danışdıq. Bir neçə yaxşı ideya müzakirə etdik və onların işə yarayacağına ümid edirəm. Bu görüş üçün minnətdaram. Biz Amerikadan Rusiyanı sülhə məcbur edəcək addımlar gözləyirik. Moskva Amerikadan qorxur”.

Zelenski həmçinin bildirib ki, Çinin rolu həlledici ola bilər.

“Çin də buradadır, indi isə Rusiya tamamilə ona arxalanır. Əgər Çin bu müharibəni dayandırmaq istəsəydi, Moskvanı məcbur edə bilərdi. Çinsiz Putinin Rusiyası heç nədir. Amma çox vaxt Çin susur və kənarda dayanır”, – o qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: