Avropa Rusiyaya 14-cü zərbəyə hazırlaşır

Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ilin iyuluna qədər Rusiyaya qarşı 14-cü sanksiyalar paketinin hazırlanmasını razılaşdırmaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “EU observer” məlumat yayıb.

Sanksiya paketində diplomatların Rusiyadan Avropaya gedişinə məhdudiyyətlər tətbiq edilməyəcəyi, Rusiyadan mayeləşdirilmiş təbii qaz, nüvə yanacağı və alüminium idxalına qadağa qoyulmayacağı bildirilir.

Məlumata görə, Aİ Rusiyaya qadağan olunmuş məhsulları tədarük etməkdə şübhəli bilinən daha 52 şirkəti siyahıya əlavə etməyi planlaşdırır.

“Bloomberg” isə yazıb ki, Avropa İttifaqının Rusiya ilə əlaqəli olduğu iddia edilən və sanksiyalardan yayınmağa kömək edən 11 gəmi və tankerə məhdudiyyətlər tətbiq etməsi gözlənilir. Təklif təsdiqlənərsə, bu gəmilərin İttifaqa üzv ölkələrin limanlarına çıxışının qarşısını alacaq.

Ayşən Mustafa
Globalinfo.az