756482221107331

Putinin köməkçisi Vladimir Medinski Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı Rusiya nümayəndə heyətinin Avropa İttifaqı təmsilçiləri ilə heç bir təmas qurmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, Medinski Avropa nümayəndələrinin danışıqlarda hansı statusda iştirak etdiklərini anlamadıqlarını deyib.

“Onların burada hansı statusda olduqlarını başa düşmürük. Danışıqlar təsdiqlənmiş üçtərəfli formatda keçirilir”, – deyə o vurğulayıb.

Medinskinin sözlərinə görə, Avropa ölkələri konkret sülh təşəbbüsləri irəli sürməyib. O iddia edib ki, Avropanın Ukrayna münaqişəsində iştirakı Kiyevə maliyyə yardımı göstərilməsi və silah tədarükü ilə məhdudlaşır.

Rusiya prezidentinin köməkçisi Avropa ölkələrinə amerikalı nümayəndələrdən sağlam düşüncə, realist yanaşma və sülhə nail olmaq istəyini öyrənməyi məsləhət görüb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: