Almaniya Kansleri Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinlə görüşü Ukrayna münaqişəsi üzrə gələcək danışıqların əsas prinsiplərinə dair Əbu-Dabidə razılıq əldə edildikdən sonra mümkün ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi “The Guardian” nəşrinə açıqlamasında bildirib.

“Əbu-Dabidə ümumi prinsiplər üzrə razılığa gəldik. Hazırda əldə olunan anlaşma Rusiya prezidentinin diqqətinə çatdırılıb. Bu razılaşma əsasında danışıqların keçirilməsi mümkündür”, – deyə hökumət nümayəndəsi bildirib.

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə iki gün davam edən danışıqlarda münaqişənin həlli istiqamətində mümkün addımlar müzakirə olunub.

Almaniya hökumətinin nümayəndəsinin sözlərinə görə, əsas prinsiplərlə bağlı razılıq Rusiya ilə deyil, Avropa, ABŞ və Ukrayna təmsilçiləri arasında əldə edilib. O bildirib ki, həmin prinsiplər növbəti danışıqlarda nəzərə alınacaq.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: