russia ukraine war latest news 6

Rusiya ordusu Kiyev vilayətinin Borispol rayonundakı Yaqotin şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə bir nəfər ölüb, xəsarət alanlar var.

Globalinfo.az APA -ya istinadla xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib. İki uşaq bağçasının pəncərələri sınıb, avtomobil, iki yaşayış evi və böyük sahəni əhatə edən qeyri-yaşayış binası zədələnib. Ərazidə yanğınsöndürmə işləri davam edir.

Eyni zamanda, sosial şəbəkələrdə Kiyev vilayətində yerləşən “Yaqotinske” zavoduna zərbə endirildiyini əks etdirdiyi iddia olunan video yayılıb. KİV-lər şəkər istehsalı müəssisəsinin də hücuma məruz qaldığını bildirir.

Paylaş: