Rus futbolçu rəsmən “Neftçi”də

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Globalinfo.az xəbər verir ki, “ağ-qaralar” son klubu “Ximki” olan Reziuan Mirzovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Spartak Nalçik”in yetirməsi olan Mirzov karyerası ərzində “Zvezda Ryazan”, “Axmat”, “Torpedo”, “Tosno”, “Arsenal” (Tula), “Spartak” (Moskva”), “Ximki”də forma geyinib. Vinger klub karyerasında 274 oyunda 40 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.