Rumıniya ərazisinə daha bir pilotsuz uçuş aparatı düşüb.
Globalinfo.az xarici mediaya istinadla xəbər verir ki, PUA Lunkavisa yaşayış məntəqəsində, meşəlik ərazidə aşkar edilib. Həmin ərazi Ukrayna ilə sərhəddən cəmi 5 kilometr məsafədə yerləşir.
Məlumata görə, dron aşağı hündürlükdə uçub və buna görə də radiolokasiya müşahidə sistemlərinin radarından yayına bilib.
Aysel Əliyeva
Globalinfo.az