rubio 5 900x600 1

ABŞ dövlət katibi Marko Rubio Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşə başlamazdan əvvəl jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilib ki, Rubio jurnalistlərin Rusiyanın ABŞ-la münaqişə fonunda İrana dəstək verməsi iddialarını Lavrovun diqqətinə çatdırıb-çatdırmayacağı ilə bağlı sualını cavabsız qoyub.

Qeyd edək ki, Lavrov və Rubionun görüşü ASEAN tədbirləri çərçivəsində Manilada baş tutub. Bu, iki diplomatın dördüncü şəxsi görüşü olub. Tərəflər ABŞ-Rusiya münasibətlərini və Ukraynadakı münaqişəni müzakirə ediblər. Görüş təxminən 35 dəqiqə davam edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov Rubioya cəbhə xəttindəki vəziyyət barədə məlumat verib və Ukraynaya silah tədarükünün davam etdirilməsinin yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, görüş ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: