Ronaldonun komandası Zidana təklif göndərdi

Fransalı mütəxəssis Zinəddin Zidan Səudiyyə Ərəbistanında işləyə bilər.

Globalinfo.az apasport.az-a istinadən xəbər verir ki, “Əl-Nəsr” Madrid “Real”ının keçmiş baş məşqçisinə komandanın “sükanı arxası”na keçməyi təklif edib.

Ərəblər 50 yaşlı məşqçiyə illik 50 milyon avro maaş təklif ediblər. Portuqaliyalı superulduz Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubunun nümayəndələri artıq Zidanla danışıqlara başlayıblar. Onlar fransalı məşqçini razı salacaqlarına inanırlar.

Qeyd edək ki, son mövsümü 67 xalla turnir cədvəlinin ikinci pilləsində başa vuran “Əl-Nəsr” mövsümün sonuna yaxın baş məşqçisi Rudi Qarsiya ilə yollarını ayırıb.