ronaldo milli

Avropa futbol tarixinin ən çox qol vuran futbolçusu Kriştiano Ronaldo İstanbulun “Beşiktaş” klubuna keçə bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Britaniyanın “Mirror” nəşri çıxış edib.

“Əl-Nassr”ın Ronaldo ilə müqaviləni yeniləməsi barədə danışıqlar gedir, lakin hələlik rəsmi məlumat yoxdur.

40 yaşlı ulduzun Avropada hansı kluba keçəcəyi ilə bağlı yeni xəbər var:

“K.Ronaldonun 2021-ci ildə “Mançester Yunayted”ə qayıdışı baş məşqçi Ole Qunnar Solskyaerin rəhbərliyi altında baş tutdu. Ola bilsin, “Beşiktaş”ın hazırkı məşqçisi Solskyaer Ronaldonun İstanbul nəhənginə qatılmasını istəsin”, – məlumatda bildirilib.

Paylaş: