AA 20260623 41762385 41762368 PORTEKIZ OZBEKISTAN scaled

“Bu, mənim karyeramdakı son mundial oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatından kənarda qaldıqdan sonra deyib.

Bununla belə, 41 yaşlı ulduz hələlik milli komandadakı çıxışını dərhal başa vurub-vurmayacağına dair qəti qərar verməyib.

Jurnalistlərlə söhbətində Ronaldo hisslərini və gələcək planlarını bölüşüb:

“Turniri belə tərk etdiyim üçün üzülürəm, amma bütün gücümü ortaya qoydum və əlimdən gələni etdim. Futbol belədir – bəzən qalib gəlirsən, bəzən məğlub olursan. İndi düşünmək və ailəmlə vaxt keçirmək imkanım olacaq. Tələsik qərarlar vermək istəmirəm. Həyat davam edir”.

Milli komandadakı gələcəyi barədə danışan Ronaldo yekun qərara tələsmədiyini bildirib:

“Hələ bilmirəm ki, məhz indi Portuqaliya millisindən ayrılacağam, yoxsa yox. Baxarıq. Hazırda qərar vermək istəmirəm, bunu ailəmlə müzakirə etməliyəm. Şəxsi məsələlərlə ictimaiyyətin diqqətini yayındırmaq istəmirəm”.

Xatırladaq ki, 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya millisi İspaniyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: