Futbol üzrə dünya çempionatının 1/16 finalında baş tutan Portuqaliya-Xorvatiya qarşılaşmasında maraqlı anlar yaşanıb.
Globalinfo.az xəbər verir ki, Portuqaliya millisinin üzvü, məşhur futbolçu Kriştiano Ronaldo matçın 68-ci dəqiqəsində Xorvatiyanın qapısına penalti zərbəsi vurmağa hazırlaşarkən iki dəfə ard-arda “Bismillah” deyib.
Ronaldonun zərbəsi qol olub və hesabı bərabərləşdirib. Qarşılaşma 2:1 Portuqaliyanın qələbəsi ilə bitib. Komanda 1/8 finala vəsiqə qazanıb.
Görüntüləri təqdim edirik:
Qeyd edək ki, K.Ronaldo daha əvvəllər də oyunlarda penalti zərbəsindən öncə “Bismillah” deyib.
Əliyar Xəlil
Globalinfo.az