puqacova

Rusiyalı müğənni Alla Puqaçova ABŞ sanksiyalarından qorunmaq məqsədilə Mayamidəki lüks mənzilini bir neçə daşınmaz əmlak əməliyyatı vasitəsilə gizlədib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, ifaçı mənzili simvolik olaraq cəmi 1 dollara qızı Kristina Orbakaytenin adına keçirib.

Bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Mənzil 2004-cü ilin martında alınıb. Mayaminin okean sahilində yerləşən nüfuzlu Bal Harbour rayonundakı Majestic Tower yaşayış kompleksində yerləşən 285 kvadratmetrlik mənzildə üç yataq otağı, dörd hamam otağı və Atlantik okeanına panoramik mənzərə açılan pəncərələr var. Kompleksdə həmçinin qızdırılan hovuzlar, solyari, kitabxana, tennis kortu və helikopter meydançası mövcuddur. Puqaçova həmin vaxt bu mənzilə görə 2 milyon 50 min dollar ödəyib”, – deyə kanalda yazılıb.

Məlumata görə, 2014-cü ildə geosiyasi gərginliyin artması və Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra Puqaçova əmlakını mümkün risklərdən qorumaq qərarına gəlib.

O, əvvəlcə qızı Kristina Orbakayteni, daha sonra isə nəvəsi Nikita Presnyakovu və qızının həyat yoldaşı Mixail Zemtsovu mənzilin ortaq sahibləri sırasına daxil edib.

Günel Cəlil
Globalinfo.az

Paylaş: