Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo üçün rekordlar qırmaq hər zaman xoş olsa da, onun əsas məqsədi komandasına nəticə qazandırmaqdır.
Globalinfo.az xəbər verir ki, bu barədə futbolçunun açıqlamasını Beynəlxalq Futbol Federasiyası (FIFA) yayıb.
Ronaldo Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Özbəkistan millisinin qapısına iki qol vuraraq (5:0) turnirdə 6 fərqli mundialda fərqlənən ilk futbolçu olub.
İdmançı bildirib ki, rekordlar sevindirici olsa da, onun üçün əsas prioritet komandanın oyunu və nəticəsidir:
“Ən vacibi gördüyümüz iş və göstərdiyimiz inamdır. Komanda çox yaxşı çıxış etdi və oyununu xeyli yaxşılaşdırdı. Hər çətinlikdə bir ümid işığı var. Rekordlar xoşdur, amma mənim əsas vəzifəm milli komandaya məqsədlərinə çatmaqda kömək etməkdir”.
41 yaşlı Ronaldo həmçinin Dünya Kuboklarında qol vuran ən yaşlı futbolçular siyahısında ikinci yerə yüksəlib. O, ümumilikdə mundiallarda 10 qol vuraraq Portuqaliya millisinin turnir tarixində ən yaxşı bombardiri olub və bu göstəricidə Eysebiunu geridə qoyub.
Aysel Əliyeva
Globalinfo.az