unkl9

ABŞ Prezidenti Donald Trampı daşıyan “AF1” çağırış kodlu prezident təyyarəsi Türkiyəyə doğru hərəkət edir. Camp Springs-dən havaya qalxan və Ankara Esenboğa Hava Limanına enməsi gözlənilən uçuş “Flightradar24” platformasında minlərlə insan tərəfindən anbaan izlənilir.

Globalinfo.az xəbər verir ki, paylaşılan uçuş məlumatlarına görə, “Boeing VC-25B Bridge” tipli prezident təyyarəsi “AF1” çağırış kodu ilə Avropa hava məkanında irəliləyərkən, “Flightradar24”də “#1 Worldwide” etiketi ilə ən çox izlənilən uçuş olub. Platforma məlumatlarına əsasən, eyni anda 5 mindən çox şəxs təyyarənin marşrutunu canlı izləyib.(“Unikal”)

Paylaş: