Meloni Giorgia Italie television 2025 1024x683 1

Belçikanın müdafiə naziri Teo Franken ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Corciya Meloniyə yönəltdiyi istehzalı açıqlamalara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Politico” nəşrinə müsahibəsində danışıb.

Nəşrin yazdığına görə, Avropanın yaxın on il ərzində də qitənin təhlükəsizliyi üçün ABŞ-ın müdafiəsinə ehtiyacı var. Buna görə də Avropa liderləri Vaşinqtonla münasibətlərdə ehtiyatlı davranmalı və Trampı özlərindən uzaqlaşdırmamalıdırlar. Lakin Frankenin fikrincə, bunun da bir həddi var.

“Əlbəttə, Tramp bizə müttəfiq kimi lazımdır. Amma Meloniyə toxunmayın! O, Avropada sağ mərkəzçi hərəkatın kraliçasıdır, liderdir. Onu rahat buraxın”, – deyə Belçika müdafiə naziri bildirib.

Günel Cəlil
Globalinfo.az  

Paylaş: