nuv%C9%99 silahi 1jpg 1666610515

Çin nüvə sualtı qayığından uzaqmənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnternews” nəşri məlumat yayıb. Belə ki, sınaq Sakit okeanda keçirilib və raket döyüş başlığı əvəzinə təlim yükü ilə buraxılıb.

Çin hökuməti bildirib ki, buraxılış hərbi hazırlıq proqramının tərkib hissəsi olub və heç bir ölkəyə qarşı yönəlməyib. Məlumata görə, raket əvvəlcədən müəyyən edilmiş beynəlxalq sulardakı hədəf zonaya uğurla çatıb, buraxılış isə beynəlxalq qaydalara uyğun şəkildə həyata keçirilib.

Hərbi analitiklərin fikrincə, bu cür sınaqlar təkcə raketin texniki imkanlarını deyil, həm də sualtı qayığın döyüş hazırlığını və uzunmənzilli əməliyyat qabiliyyətini qiymətləndirməyə imkan verir. Bu baxımdan sınaq Çin Hərbi Dəniz Qüvvələri üçün strateji əhəmiyyət daşıyır.

Sınaq region ölkələrinin də diqqətini cəlb edib. Yaponiya, Avstraliya və Yeni Zelandiya əvvəlcədən məlumatlandırıldıqlarını bildirsələr də, Sakit okeanda artan hərbi fəaliyyətin regional təhlükəsizlik balansına təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Çin isə hərbi fəaliyyətində şəffaflığa əməl etdiyini və sınağın planlı təlim çərçivəsində keçirildiyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: