
Norveçli azarkeşlərin futbol üzrə dünya çempionatında komandalarının qələbələrinə məşhur vikinq avar çəkmə hərəkəti ilə dəstək göstərmələri gündəm olub. Stadionlarda və müxtəlif ölkələrdə bir araya gələrək avarçəkmə hərəkətini təqlid edirlər. Onların bu addımı artıq trendə çevrilib.
Bəs norveçliləri Azərbaycanla nə birləşdirir?
20-ci əsrdə iddiaları və təşəbbüsləri ilə dünyada səs gətirən norveçli məşhur etnoqraf-alim, səyyah Tur Heyerdal bir sıra ölkələrdə insanların qədim kökləri ilə bağlı araşdırma aparır. Heyerdal German-Skandinav mifologiyasının əsas qaynağı hesab edilən “Böyük Edda” dastanını oxuyur. Bu dastanda vikinqlərin atası və tanrısı sayılan Odin, Tor və digər mifik obrazlar haqqında nəğmələr qeyd olunur. Heyerdal dastanda Odinin “Aser” adlı ölkədən gəldiyi iddiasını görür və araşdırmağa qərar verir. Bir çox ölkədə olur, qeydlər götürür, 1981-ci ildə isə Azərbaycana gəlir. Beləliklə onun ölümünə qədər davam etdirdiyi bir macəra başlayır.
Bəs alimi Azərbaycanda gördüyü hansı detal heyrətə gətirir? Vikinqlərin Qafqazdan köçdüyünü nə əsasən deyir?
Ətraflı videoda: