Ermənilərin Ordumuza hücumu: iyrənc sovet taktikası – FOTO

Ermənilər itlərin üzərinə partlayıcı qurğu bağlayaraq Azərbaycan ərazilərinə göndərirlər. Bu həm hərbçilərə, həm mülki şəxslərə, həm də heyvanlara qarşı terrordur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan dünyaşöhrətli foto-jurnalist Reza Deqati deyib ki, beynəlxalq konvensiyalara görə, heyvanlardan və mülki şəxslərdən hər hansı şəkildə istifadə etmək qadağandır və əxlaqi dəyərlərə ziddir:

“Xüsusilə 1980-ci illərdə sovet qoşunları tərəfindən işğal edilmiş Əfqanıstan və başqa yerlərdə oyuncaq kimi görünən partlayıcı qurğulardan istifadə edilirdi. Bununla mülki şəxslərin, uşaqların həyatına son qoyulurdu.

Bir faktı da sizinlə bölüşüm. 2020-ci ildə ermənilər Qarabağı tərk edərkən yüzlərlə it və pişiyi atıb getmişdilər. Tərk edilmiş ev heyvanlarını görəndə təəccübləndim. Onlar acınacaqlı durumda idi. Həmin mənzərəni çəkməyə hazırlaşanda ac olduqlarını görüb yemək aldım.

Təəssüf ki, ermənilər öz çirkin əməllərinə heyvanları da alət edirlər”.

Zaira Akifqızı
Globalinfo.az