Kremldəki mənzildə qapalı müzakirə: Putin Lukaşenko ilə nə danışıb?

Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko bu həftə Rusiya liderinin Kremldəki rəsmi mənzilində “ən qapalı mövzuları” müzakirə ediblər.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə bazar günü Belarus liderinin mətbuat xidmətinə yaxın “Pul Perveqo” Telegram kanalı məlumat yayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Belarus lideri Aleksandr Lukaşenkonu Kremldəki mənzilinə dəvət etməsi barədə bir qədər əvvəl prezidentin mətbuat katibi Dmitri Peskova istinadən jurnalist Pavel Zarubinin Telegram kanalında məlumat vermişdi.