Rəqib futbolçunun atası “Neftçi”dən üzr istədi – Səbəb

Ötən gün keçirilən “Şamaxı” – “Neftçi” (0:1) görüşündə meydan sahiblərinin futbolçusu Fuad Bayramovun atası Ehtibar Bayramovun açdığı pankart marağa səbəb olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oğlunun əyalət klubunda oynamasına görə bu komandaya azarkeşlik edən ata 40 illik fanatı olduğu “Neftçi”dən üzr istəyib.

Onun açdığı pankartın üzərində “40 illik “Neftçi” məni bağışla, artıq “Şamaxı”nın fanatıyam” yazılıb.