Rəisinin ölümü haqda arzuolunmaz bəyanat – “Silahı” yerə qoymaq lazım idi…

iran cumhurbaskani reisiy 709 2

ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun İran Prezidenti İbrahim Rəisinin ölümünə görə yas tutmadığını, onun sağ ikən “dəhşətli addımlar atdığını” iddia edib.

Globalinfo.az-a danışan politoloq Akif Nağı deyib ki, dövlət rəhbərləri istənilən halda etik normaları gözləməlidirlər:

Akif

Akif Nağı

“Xüsusilə də ölüm hallarında etik normalara hər kəs əməl etməlidir. Təəssüf ki, ABŞ-İran düşmənçiliyi ölüm hallarında da davam edir. “Ölən adam haqqında ya yaxşı de, ya da heçnə demə” – deyə bir ifadə var. Yəni Blinkenin sözügedən yanaşması normal qəbul olunmur.

ABŞ Rəisinin ölümünə görə başsağlığı versə də, bunun kim tərəfindən səsləndirildiyi məlum olmadı. Ağ Evin İsrailin münasibətindən çəkinməsi də istisna edilmir. Amma etik norma daxilində açıqlama verilməsi bu qədər çətin olmamalı idi. Bəzi məqamlarda düşmənçiliyi arxa plana atmaq, “silahı” yerə qoymaq lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az