kocəryan

“Məncə, razılaşmalar olub və Əliyev Ermənistandan keçən dəhliz məsələsini rusların “cibinə atıb”. Azərbaycan məsələni tamamilə başqa müstəviyə keçirib. Bu, o deməkdir ki, Ermənistan yenə nəyisə itirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi strateq Karen Köçəryan deyib.

O bildirib ki, Paşinyan administrasiyasının Rusiyaya qarşı ritorikasının dəyişməsi qorxu ilə bağlıdır və buna görə də onlar Kazana səfərə razılaşıblar.

“Ermənistandakı vəziyyət təəssüf ki, çoxdan xarici oyunçulardan asılıdır. Ermənistan o qədər “suverendir” ki, təkbaşına heç nə edə bilmir”, – deyə Köçəryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: