Xəstəxanaya yerləşdirilən Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət irəliləyiş hiss olunur.
Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında ustad tarzənin oğlu Əməkdar artist Əyyub Quliyev deyib.
Onun sözlərinə görə, hazırda müalicə prosesi davam etdirilir:
“Ola bilər ki, iki-üç gün sonra evə buraxılsın. Doğrudur, bu barədə həkimlər hələ tam qərar verməyib. Amma ümumi müşahidələr belə göstərir ki, analizlərin nəticəsi müsbətə doğru dəyişir, orqanizm bərpa olunur”, – o əlavə edib.
Xatırkadaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondun nəzarətə götürüb.
***10:21
“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir”.
Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin rəisi Tural Sadıqov deyib.
“Hazırda hemodializ alır, spontan tənəffüsdədir. Huşu yuxuya meyillidir”, – o bildirib.
Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb.