Qurani-Kərimin yandırılması hallarını pisləyirik – XİN rəhbəri

“İsveçdə və Danimarkada Qurani-Kərimin silsilə şəkildə yandırılması halları qəbuledilməzdir və bunu pisləyirik”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nazir bildirib ki, tərəflərin bunu insan hüquqları və söz azadlığı ilə əlaqələndirməsi tamamilə yersizdir.

“Müsəlmanların hisslərinin tapdalanması və nəzərə alınmaması heç kimə bu əməli söz azadlığı və insan hüquqları çətiri altında etməyə əsas vermir. Tərəflər bununla bağlı addımlar atmalıdır. Biz bunun nəticələrinə baxmalıyıq və nəticələrə əsasən onu qiymətləndirəcəyik. Təəssüflər olsun ki, islamofobiya bir sıra ölkələrdə geniş vüsət alıb. Müqəddəs kitablara qarşı olan təcavüz həmin islamofobiyanın təzahürlərindən sadəcə biridir. Bir sıra ölkələrdə bununla bağlı kampaniyalar görürük və bu tamamilə qəbuledilmzədir”, – Ceyhun Bayramov əlavə edib.