Qüdrət Həsənquliyevdən deputatlara təklif

“Rusiyada baş verən son hadisələrdən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin martın 29-da keçirilən iclasında deyib.

“Təklif edirəm ki, bu məsələ ilə bağlı Milli Məclisin xüsusi iclasının çağırılsın. Rusiyada baş verənlərdən sonra Azərbaycanda da təhlükəsizliklə bağlı görülən işlərə dair məlumat verilsin. Nəzərə alaq ki, parlament həm də çağırışçı orqandır”, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az