1690460729 1690200458 qubad ibadoglu 900x600 1

Sentyabrın 12-də Vaşinqtonda Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğluna dəstək aksiyası keçirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu mitinqdə Ermənistan bayrağı da qaldırılıb.

Qubad İbadoğluna dəstək olaraq senatorlar Bob Menendes və Kris Van Hollen, eləcə də anti-Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə tanınan və ABŞ-dakı erməni lobbisi tərəfindən maliyyələşdirilən konqresmen Kris Smit onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, Qubad İbadoğlu bu ilin iyulunda həbs edilib. O, ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya satılması) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167.3.1-ci (Dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyətə çağırış və ya bu cür fəaliyyətə haqq qazandıran və ya bu cür fəaliyyətin zəruriliyini əsaslandıran materialların hazırlanması, saxlanması və ya yayılması) maddəsi ilə yeni ittiham irəli sürülüb.

IMG 20230914 214529 935

1694711142 373485867 301623979143108 638464273186597044 n 1694711190 375760648 3667480756818071 2140399028198795915 n 1694711192 375019567 822551836004455 139116575530820626 n

Paylaş: