İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı yaşanan gərginlik fonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın bu ölkədəki səfiri Mehdi Sübhani ilə görüşüb.
Galobalinfo.az xəbər verir ki, bu məlumatı İran səfirliyi yayıb.
Səfirlikdən bildiriblər ki, Qriqroyan görüşdə Ermənistan-İran sərhədini heç bir gücün poza bilməyəcəyini deyib. O, İrana Zəngəzur dəhlizi ilə bağlı tutduğu mövqeyə görə təşəkkür edib. Həmçinin bildirib ki, Ermənistan ərazisindən açılacaq istənilən kommunikasiya ölkənin daxili institutlarının nəzarətində olacaq.
Qeyd edək ki, İran bir neçə gündür Rusiyanı Zəngəzur dəhlizinə görə tənqid edir və prosesə qarşı çıxır.
Əliyar Xəlil
Globalinfo.az