Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi – VİDEO

Beynəlxalq axtarışa verilmiş Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib.

Globalinfo.az bildirir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxs artıq Bişkekə aparılıb.

Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda ittiham edilir.