Qırğızıstanda Joqorku Keneşə (birpalatalı parlament) keçirilən növbədənkənar seçkilərdə səsvermə başa çatıb.
Globalinfo.az xəbər verir ki, bunu respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarov bildirib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin yekun siyahısına 4 294 243 vətəndaş daxil edilib.
***
Noyabrın 30-da Qırğızıstanda növbədənkənar parlament seçkiləri başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Respublika səkkizinci çağırış üçün 90 deputat seçəcək. Səsvermə majoritar sistemlə aparılır. Ölkə üzrə 30 seçki dairəsi yaradılıb. Hər birindən üç deputat seçiləcək. Parlament mandatları uğrunda ümumilikdə 460 namizəd mübarizə aparır”, – deyə bildirilib.
Qeyd olunub ki, seçkilərin nəticələrinin dekabrın 15-də açıqlanması gözlənilir.
Xatırladaq ki, bu il sentyabrın sonunda Qırğızıstanın Joqorku Keneşi (parlamenti) parlament və prezident seçkilərinin yaxınlaşması səbəbindən özünü vaxtından əvvəl buraxmaq qərarına gəlib. Ölkədə növbəti parlament seçkiləri 2026-cı ilin sentyabrına, prezident seçkiləri isə 2027-ci ilin yanvarına təyin edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az