Qırğızıstanda 180 dövlət qulluqçusu işdən qovuldu – Səbəb

Qırğızıstanda hüquq-mühafizə işçiləri tərəfindən öldürülmüş “qanuni oğru” Kamçı Kolbayev və gömrük rəisinin keçmiş müavini Raim Matraimovla əlaqələrinə görə son vaxtlar 180-dən çox dövlət qulluqçusu vəzifəsindən qovulub.

Globalinfo.az bildirir ki, bu barədə məlumatı Azadlıq Radiosunun Qırğız xidməti ölkə Dövlət Milli Təhlükəszilik Komitəsinə (DMTK) istinadla verib.

DMTK-nın versiyasına görə müxtəlif ranqlı 226 dövlət qulluqçusu məxfi şəkildə Kolbayev və Matraimovla əlaqədə olub.

DMTK bildirir ki, təkcə Qırğızıstan dövlət gömrük xidmətində 85 nəfər belə işçi aşkar edilib. Onlardan 76-sı vəzifələrindən kənarlaşdırlıb.