89032c4795ccb390ea5550f8d2392c97

Qırğızıstanın 40 vətəndaşı Moskvanın Şeremetyevo hava limanında ölkəyə buraxılmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiyaya girişi qadağan edilmiş 40 Qırğızıstan vətəndaşı vətənə göndərilmək üçün Moskva hava limanında gözləyir.

Qırğızıstan səfirliyinin əməkdaşları Rusiyaya girişi qadağan edilən ölkə vətəndaşları ilə görüşüblər.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qırğızıstan vətəndaşları növbəti reyslərlə respublikaya gətiriləcəklər. Nazirlik qeyd edib ki, onların hamısı yemək və su ilə təmin olunublar.

Xatırladaq ki, martın 25-də Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktından sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar ölkə vətəndaşlarını müvəqqəti olaraq Rusiyaya səfərlərdən çəkinməyə çağırıb.

Paylaş: