WhatsApp Image 2026 01 06 at 21.14.28

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib, İdarə Heyətinin sədri və müavinləri müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi nümayəndələrini təqdim edib və yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb:

1. Elşad Məmmədli – Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi;

2. Zaman Hüseynov – Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifələrini müvəqqəti icra edən;

3. Elnarə Ənsari – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru;

4. Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri;

5. Rizvan Nəbiyev – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü;

6. Xatirə Vəliyeva – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü;

7. Fizzə Mirzəyeva – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü.

Şuranın dörd üzvü vətəndaş cəmiyyəti institutlarının, digər üç üzvü isə dövlət orqanlarının nümayəndələrindən təyin edilir. Şuranın sədri üzv vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sırasından 4 il müddətinə seçilir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Müşahidə Şurasının üzvləri “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri, tarix elmləri doktoru, professor Fuad Məmmədovu quruma sədr seçib.

Daha sonra Şura Dövlət Agentliyinin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.

Bundan başqa, Rizvan Nəbiyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında, Xatirə Vəliyeva isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasında Dövlət Agentliyini təmsil edəcək.

Eyni zamanda, QHT Agentliyinin Naxçıvan Muxtar Respublikasında filialının yaradılması təklif olunub.

qht 916952d7881ce426952d7881ce4317670368076952d7881ce406952d7881ce41 14 6952d788053f26952d788053f317670368076952d788053ef6952d788053f1 6952d788084ff6952d7880850017670368076952d788084fd6952d788084fe 6952d788157ba6952d788157bb17670368076952d788157b76952d788157b9 1

Paylaş: