“HƏMAS silahsızlaşdırarsa, Qəzzada yeni bir hökumət mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News”a verdiyi müsahibədə bildirib.
“HƏMAS-ın silahı olarsa, potensial yeni hökumət Fələstin anklavında işə başlaya bilməyəcək. Amma beynəlxalq qüvvələrin köməyi ilə və ya başqa bir şəkildə HƏMAS tərksilah edilərsə, bəli, mən Qəzzanın fərqli bir gələcəyini görürəm. Düşünürəm ki, HƏMAS da bunu başa düşür və ona görə də bunu etmək istəmirlər”.
Netanyahu qeyd edib ki, məsələ HƏMAS ilə danışıqlar aparmaq deyil:
“Fələstinin hərəkatı yox olmalıdır. Bunu ən çox kimin istədiyini bilirsinizmi? Qəzza xalqı…”.
Əliyar Xəlil
Globalinfo.az