iran 0

ABŞ-ın İrana qarşı son hərbi əməliyyatları nəticəsində 14 nəfərin həyatını itirdiyi, 78 şəxsin yaralandığı bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralananlardan 47 nəfər xəstəxanada qalır, digər şəxslər isə müalicə aldıqdan sonra evlərinə göndərilib.

ABŞ daha əvvəl ötən gecə İran ərazisində 90-a yaxın hədəfin vurulduğunu açıqlamışdı. Tehran isə cavab tədbiri olaraq Bəhreyn və Küveytdəki ABŞ obyektlərinə zərbələr endirdiyini bəyan edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: