Qəzza zolağına suyun verilməsi belə dayandırıldı – VİDEO

İsrailin energetika naziri İsrael Kats Qəzza zolağına suyun verilməsini dayandırmaq barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, o, həmçinin Qəzzanın elektrik enerjisi və yanacaq təchizatının da kəsildiyini qeyd edib.

Xatırladaq ki, İsrailin müdafiə naziri Yoav Qalant Qəzzanın tam blokadaya alınması ilə bağlı göstəriş verərək, qida və enerji təchizatının da dayandırılacağını deyib.

Globalinfo.az