qeza susa

Xəbər verdiyimiz kimi, Şuşa rayonunun Daşaltı kəndi ərazisində tikinti şirkəti əməkdaşlarının olduğu avtomobilin aşaraq yanması nəticəsində 5 nəfər həyatını itirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzaya uğrayan “Nissan Navara” markalı avtomobildə ölən şəxslərdən biri Vətən müharibəsi iştirakçısı imiş. Şahbaz İsayev müharibədən sonra Şuşanın, Cəbrayılın, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Qeyd edək ki, hadisə gecə saatlarında işçilər ərazidən qayıdarkən baş verib.

Avtomobilin aşdıqdan sonra yanması nəticəsində Ş.İsayevlə yanaşı iş yoldaşları Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Eldəniz Həsənov və Hümbət Hümbətov hadisə yerində ölüb. Sürücü Elvin Abbasov isə ağır xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

susadaki-qezada-olen-sahbaz-muharibe-istirakcisi-imis
399443441 358578300069906 4081525070915437611 n
399591025 358578320069904 5700826438712691197 n
380343780 721929239323414 7667296817409560941 n 1

Paylaş: