Qətər İran aktivləri ilə bağlı mübahisənin həlli üçün İrana 12 milyard dollarlıq maliyyə dəstəyi təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Mehr”agentliyi məlumat yayıb.
Məlumata görə, təklifə Qətərdə saxlanılan 6 milyardlıq İran vəsaitlərinin sərbəst buraxılması, eləcə də əlavə 6 milyard dollarlıq kredit xətti daxildir.
Danışıqların ilkin mərhələsində dondurulan aktivlərin yarısının, yekun razılaşma əldə edildikdən sonra isə digərinin verilməsi planlaşdırılır. Lakin ABŞ bu variantı dəstəkləməyib. Buna cavab olaraq Qətər alternativ tənzimləmə mexanizmi təklif edib.
Ayrılan 6 milyard dollar yalnız humanitar məqsədlər üçün istifadə ediləcək, digər məbləğ isə Qətər tərəfindən idarə olunan kredit xətti kimi veriləcək. İran tərəfi bu vəsaitlərdən necə istifadə edəcəyini özü qərarlaşdıracaq.
Əliyar Xəlil