owl detail 620 10e167d40422cf444734218e27766d51

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sona çatacağını istisna etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı bəyan edib.

Ağ Ev rəhbərinə oktyabrın 26–28-də Malayziyanın Kuala-Lumpur şəhərində keçiriləcək sammitdə Çin Prezidenti ilə münaqişəni müzakirə edib-etməyəcəyi barədə sual ünvanlanıb. Tramp bu suala belə cavab verib:

“Mən bu hadisədən əvvəl bir qətnamə görmək istərdim”.

Tramp həmçinin əlavə edib ki, ASEAN sammitində regional sabitlik, enerji təhlükəsizliyi və beynəlxalq ticarət məsələləri əsas müzakirə mövzularından biri olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: